|
1974-cü ildә
Bakı şәhәrindә
ziyalı ailәsindә
anadan olub. 1981-ci ildәn
20 nömrәli orta
mәktәbdә
tәhsil almağa
başlayıb. Valideyinlәri
musiqiçi olmasa da (atası Ilyasov Mirzә
Rüstәm oğlu
- mühәndis olub,
anası Eyvazova Zәrifә
Alxas qızı
Azәrbaycan Dövlәt
Teleradio şirkәtindә
jurnalist kimi çalışıb), Rәşadda
hәlә
uşaqlıqdan musiqiyә
böyük hәvәs
olub. Belә bir hәvәsin
әsas sәbәblәrindәn
biri dә Rәşadın
gözünü açandan daima etrafında sәnәtçilәri
görmәsi olub.
Onun xalası - Şәfiqә
Eyvazova Azәrbaycan
Respublikasının Xalq artisti, kaman ustası, dayısı
Yasәf Eyvazov isә
ud ifaçısıdır. Belә
gözәl sәnәtçilәrlә
tәmasda olmaq әlbәtti
ki, öz izini buraxmaya blmәzdi.
Vә Rәşad
orta mәktәbdә
oxumaqla bәrabәr
16 nömrәli musiqi
mәktәbinin
fortepiano sinfindә
tәhsil almağa
başlayır. Lakin 1990-ci ildәn
gәnc musiqiçi
yeni seçim edir: o, kanon alәtindә
ifa etmәyә
başlayır. Bu istedadlı ifaçıya artıq
Azәrbaycanın
tanınmış ifaçıları
әmәkdaşlıq
etmәk tәklif
edirlәr. Artıq
90-cı illәrdәn
Rәşad
Zeynәb Xanlarova,
Nisә Qasımova
kimi sәnәtçilәrlәçalışmaşa
başlayır. O, "Ümid" ansamblının üzvü
olur.
1994-cü ildә
"Çardaş" әsәrini
(Monti) kanonda ifa edib buna klip dә
çәkdirir.
Daima yenilik etmәyi
xoşlayan Rәşad
artıq solist kimi çalışmağa başlayır.
Vә 1997-ci ildә"Bakı-Raks"
Birgә Müәssisәsi
ilә"Anaram sәni"
albomunu hazırlayıb әrsiyә
çıxarır. Bu albomda o, nostalji mahnıları ifa
edir. Әlibәy
Hüseynzadә adına
Azәrbaycan Dövlәt
incәsәnәt
vә Mәdәniyyәt
Universitetinin rejissorluq fakultәsini
bitirәn musiqiçi
Dövlәt Teleradio
Verilişlәri
şirkәtindә
rejissyor kimi dә
fәaliyyәt
göstәrir.
2001-ci ildә Rәşad
ailә
hәyatı qurmuşdur
|