Bu gün hәr bir Azәrbaycan sәnәtçisi internetin hәyatımızdakı rolunu dәrk etmәkdәdir. Artıq bir çox ulduzlarımızın bu beynәlxalq şәbәkәdә öz şәxsi sәhifәlәri yaradılmışdır. Bu proyektlәrin kömәkliyi ilә xarici ölkәlәrdә yaşayan soydaşlarımız öz sevimli müğәnnilәri haqqında әtraflә mәlumat әldә edә bilirlәr. Çox vaxt bu saytlar onların sәnәtçilәrimizlә әlaqә yaratması üçün yeganә vasitә olur. Xarici vәtәndandaşlarda isә bu saytlar Azәrbaycan mәdәniyyәti barәdә tәsәvvür yaratmağa imkan verir. internet şәbәkәsinә muraciәt edәnlәrdәn biri dә gәnc sәnәtçi Rәşad Ilyasovdur. O, ilk dәfә sәnәtә kanon ifaçısı kimi qәdәm qoyub. Vә bu gün artıq özünü müğәnni kimi dә tanıdan Rәşadın saytını sizә tәqdim etmәkdәn böyük mәmnunluq hissi duyuruq.
3 dildә hazırlanan sayt diqqәtinizә çatdırılır. Ümid edirik ki, ifaçının rәsmi sәhifәsinә daxil edilәn mahnılar sizin ürәyinizcә olacaq . Rәşadın sәhnәmizin primadonnası Ilhamә xanım ilә ifa etdiyi “ Mәnә sevirәm de ...“ mahnısı vә onunla birgә çәkildiyi klip isә, şübhәsiz, bir çoxlarının әn sevimli klipidir. Bu saytın kömәkliyi ilә hәmәn klipdәn zövqlәnmәk imkanına malik olacaqsınız. әn әsası isә, ümid edirik ki, Rәşadın internet sәhifәsindә sizi onun yaradıcılığı ilә bağlı maraqlandıran bütün suallarınıza cavab tapa bilәcәksiniz.